Yürüş - Xanagah və Girdah

Yürüş - Xanagah və Girdah

Məkan

İnsan zamanı müxtəlif bölgülərlə ifadə etdi. Təbiətin dəyişkənliyini Mövsümlərə ayırdı. Hər kəsin bildiyi standart 4 mövsüm insanın planlarını, həyata baxışını şəkilləndirdi. Bir də standartlardan kənar bir mövsüm var, bu 5-ci mövsümdür. Bu mövsüm əslində insanın öz dünyasıdır, bütün mövsümlərdə özünün yaşamaq istədiyi fərqli bir mövsümdür. 5 Mövsüm şirkəti olaraq sizi bütün mövsümlərdə Azərbaycanın, eləcə də ünümüz yetəcək digər ölkələrin zəngin təbiəti ilə virtual və canlı şəkildə tanış etməyi düşünürük. Bu ən ucqar yerlərdən tutmuş içində ekstremal vəziyyətlərin də olduğu müxtəlif yürüşləri, ölkəmizin insanlarını, müxtəlif adət və ənənələrini izləmiş olmaqla yanaşı, bunların real iştirakçısı olma imkanı əldə edəcəksiniz.

Bizi izləyin, bizimlə qalın, 4 mövsüm içində 5 Mövsüm yaşayın...

Təəssurat haqqında

- MƏLUMAT:
Girdah (Gürdəh) kəndi Quba rayonunun Çağacuqçay hövzəsinin yuxarı axınında Gəllah dağının ətəyində meşəlik ərazidə yerləşir. Əhalisi tatlardan ibarətdir.
// Gürdəh “Girdəxarı” adının təhrif olunmuş formasıdır. Oykonim girdə (yumru, dairəvi) və tat dilindəki xari (yer, torpaq, sahə) sözlərindən düzəlib, "yumru yer" deməkdir (vikipediya məlumatı).//
Qubanın ən füsunkar kəndlərindən sayılır. Rayon mərkəzindən təxminən 30 km aralıda yerləşir. Bu kəndə gələn maşın yolu dağın döşündəki meşəlik ərazidən keçdiyi üçün yağış və qar yağdığı zaman maşın yolu bağlanır. Ona görə də kənd əhalisi rayon mərkəzinə getmək üçün ən yaxın kənd olan Yuxarı xanagaha (Başxanagah) at (piyada) yolu ilə gedirlər. Təxminən 3 km-lik bu yolda ilin hər fəsli çox gözəl mənzərələr bir-birini əvəz edir. Baş xanagahdan başlayaraq bu piyada yolun yaxınlığında çağacuqçayın kiçik kanyonu, bir neçə şəlalə və isti su çıxan bulaq mövcuddur.
Girdah şəlaləsi Girdah kəndinin qarşısındakı iki qayalıq dağın birləşdiyi yerdən tökülür. Şəlalə yuxarıdakı yaylaq ərazidən gələn bulaq və yağıntı sularından qidalanır. Payız və yaz aylarında şəlalə bol sulu (yağıntıdan asılı olaraq) olur.

Qeyd 1: Girdah kəndi Azərbaycanda hələ də öküzün qoşquya qoşulub işlədildiyi çox az sayda kəndlərdən biridir. Bəxtimiz gətirsə görəcəyik. ))

Qeyd 2: Girdah şəlaləsi Xanagah şəlaləsindən təxminən iki dəfə böyükdür, şəkidə isə demək olar bərabər görsənir

YÜRÜŞÜN PROQRAMI:

08:00- yə kimi Gənclik metrosunun “Caspian” və ya köhnə Gənclik mehmanxanası tərəfə çıxışında toplanış
08:30 - 11:00 – Bakı – Quba – Yuxarıxanagah kəndi (Bu müddətə Beşbarmaqda fasilə də daxildir)
11:10 - Meşə yolu ilə yürüşə başlayırıq
11:40 - Xanagah şəlaləsinə çatırıq
12:00 - 16:00 - Mənzərəli bir ərazidə fasilə - sərbəst vaxt
16:00 - 17:00 – İstisuya və Mamırlı Şəlaləsinə yürüş
17:30 - 19:50 Başxanagah – Bakı
_____________________________________________________
YÜRÜŞ BARƏDƏ MƏLUMAT:
- Minimal yüksəklik: 800 + m
- Maximal yüksəklik: 1080 + m
- Məsafə: 3 km
- Çətinlik dərəcəsi: orta çətinlikdə/yürüş vərdişi olanlar üçün asan
___________________________________________________
LƏVAZİMATLAR:

- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat , sukeçirməz bot və ya idman ayaqqabısı
- Əlavə geyim (corab, qısaqol köynək, papaq və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)
___________________________________________________
QİDALANMA:

* Özünüzlə bir günlük yemək və su ehtiyatı götürün. Çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz, müxtəlif konservalar (termosla qaynar su götürməniz arzuolunandır. )
*Şəlaləyə yaxın duracağımız son məntəqədə samovar çayı olacaq
___________________________________________________
YÜRÜŞÜN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ: 25 AZN

Ödənişə daxildir:
* nəqliyyat
* bələdçilik
* milli parka giriş
* samovar çayı
___________________________________________________
NƏQLİYYAT:

- iştirakçı sayına görə rahat avtobus “Sprinter” , “Mitsubishi” və ya daha böyük avtobus)

 

Xüsusiyyətlər
1 nəfərlik
12 saat
İzləyici gətirmək olmaz
Havadan asılıdır
16+
İl boyu
30.06.2019
09:00-21:00
Hər kəsə olar
5 Mövsüm
Ünvan Azerbaijan Baku
Telefon +994 55 277 96 59
İş saatları 09:00-21:00

Rəylər

4.9 Reytinq 1 rəyə əsasən
1 ulduz
2 ulduz
3 ulduz
4 ulduz
5 ulduz

Rəy yaz

Daxil ol

və ya
Siz hələ də qeydiyyatdan keçməmisiniz ? Qeydiyyatdan keç

Şifrənin bərpası ilə bağlı məlumat daxil etdiyiniz e-poçt ünvanına göndəriləcək