Yürüş - Qaranohur Gölü

Yürüş - Qaranohur Gölü

Məkan

İnsan zamanı müxtəlif bölgülərlə ifadə etdi. Təbiətin dəyişkənliyini Mövsümlərə ayırdı. Hər kəsin bildiyi standart 4 mövsüm insanın planlarını, həyata baxışını şəkilləndirdi. Bir də standartlardan kənar bir mövsüm var, bu 5-ci mövsümdür. Bu mövsüm əslində insanın öz dünyasıdır, bütün mövsümlərdə özünün yaşamaq istədiyi fərqli bir mövsümdür. 5 Mövsüm şirkəti olaraq sizi bütün mövsümlərdə Azərbaycanın, eləcə də ünümüz yetəcək digər ölkələrin zəngin təbiəti ilə virtual və canlı şəkildə tanış etməyi düşünürük. Bu ən ucqar yerlərdən tutmuş içində ekstremal vəziyyətlərin də olduğu müxtəlif yürüşləri, ölkəmizin insanlarını, müxtəlif adət və ənənələrini izləmiş olmaqla yanaşı, bunların real iştirakçısı olma imkanı əldə edəcəksiniz.

Bizi izləyin, bizimlə qalın, 4 mövsüm içində 5 Mövsüm yaşayın...

Təəssurat haqqında

MƏLUMAT:

Qaranohur, İsmayıllı rayonu ərazisində, dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdə yerləşən dağ gölüdür. Olduqca füsunkar gözəlliyə malik olub meşəliklə əhatələnmişdir. Payız fəslində isə göl və ətraf meşəlik təmamilə fərqli, rəngarəng dona bürünür. Qalanını isə öz gözlərinizlə görməyiniz məsləhətdir. ))



YÜRÜŞÜN PROQRAMI:

07:10- ə qədər Gənclik metrosunun “Caspian” və ya köhnə Gənclik mehmanxanası tərəfə çıxışında toplanış
07:15 - 10:30 – Bakı – İsmayıllı
10:40 - Marşurut haqqında ümumi məlumat və piyada yola davam
14:10 - Golə çatırıq (sərbəst vaxt və piknik)
15:45 - Geri qayıdırıq
18:50 - Bakıya yola düşürük
21:50 - Bakıdayıq
_____________________________________________________
YÜRÜŞ BARƏDƏ MƏLUMAT:
- Ümumi məsafə təxminən 10 km
- Çətinlik dərəcəsi orta (yürüş vərdişi olmayanlar üçün nisbətən çətin)
___________________________________________________
LƏVAZİMATLAR:

- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
- Əlavə geyim (corab, qısaqol köynək, papaq və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)
___________________________________________________
QİDALANMA:

* Özünüzlə bir günlük yemək və su ehtiyatı götürün. Çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz,müxtəlif konservalar (termosla qaynar su götürməniz arzuolunandır. )
___________________________________________________
YÜRÜŞÜN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ: 28 AZN (tələbələr 25 AZN)
daxildir: nəqliyyat, milli parka giriş, bələdçilik və s.
___________________________________________________
NƏQLİYYAT:

- Avtobus “Sprinter”

Xüsusiyyətlər
1 nəfərlik
12 saat
İzləyici gətirmək olmaz
Havadan asılıdır
16+
İl boyu
30.06.2019
09:00-21:00
Hər kəsə olar
5 Mövsüm
Ünvan Azerbaijan Baku
Telefon +994 55 277 96 59
İş saatları 09:00-21:00

Rəylər

4.9 Reytinq 1 rəyə əsasən
1 ulduz
2 ulduz
3 ulduz
4 ulduz
5 ulduz

Rəy yaz

Daxil ol

və ya
Siz hələ də qeydiyyatdan keçməmisiniz ? Qeydiyyatdan keç

Şifrənin bərpası ilə bağlı məlumat daxil etdiyiniz e-poçt ünvanına göndəriləcək