Yürüş - İvanovka – Aşıqbayram Gölü

Yürüş - İvanovka – Aşıqbayram Gölü

Məkan

İnsan zamanı müxtəlif bölgülərlə ifadə etdi. Təbiətin dəyişkənliyini Mövsümlərə ayırdı. Hər kəsin bildiyi standart 4 mövsüm insanın planlarını, həyata baxışını şəkilləndirdi. Bir də standartlardan kənar bir mövsüm var, bu 5-ci mövsümdür. Bu mövsüm əslində insanın öz dünyasıdır, bütün mövsümlərdə özünün yaşamaq istədiyi fərqli bir mövsümdür. 5 Mövsüm şirkəti olaraq sizi bütün mövsümlərdə Azərbaycanın, eləcə də ünümüz yetəcək digər ölkələrin zəngin təbiəti ilə virtual və canlı şəkildə tanış etməyi düşünürük. Bu ən ucqar yerlərdən tutmuş içində ekstremal vəziyyətlərin də olduğu müxtəlif yürüşləri, ölkəmizin insanlarını, müxtəlif adət və ənənələrini izləmiş olmaqla yanaşı, bunların real iştirakçısı olma imkanı əldə edəcəksiniz.

Bizi izləyin, bizimlə qalın, 4 mövsüm içində 5 Mövsüm yaşayın...

Təəssurat haqqında

YÜRÜŞÜN PROQRAMI:

07:20- yə kimi Gənclik metrosunun “Caspian” və ya köhnə Gənclik mehmanxanası tərəf çıxışında toplanış
07:30 -  Bakı - İvanovka;
10:30 - Qəsəbəyə çatma;
11:30 - Aşıqbayramlı Gölünə gedirik;
12:00 - Sərbəst vaxt, çay və nahar fasiləsi;
14:10 - Geri qayıdırıq
15:00 - Şamaxı
16:10 - Bakıya yola düşürük
19:00 - Bakıya çatırıq

Qeyd 1: yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec də ola bilər.

Qeyd 2: İştirakçı sayı 15 nəfərdən az olduğu halda tur ləğv edilir.
_____________________________________________________

LƏVAZİMATLAR:

- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
- Gün eynəyi
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, şapka və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.) ___________________________________________________

QİDALANMA:

* Özünüzlə yarım günlük yemək (nahar) və su ehtiyatı götürün. Çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz, müxtəlif konservalar (termosla qaynar su götürməniz arzuolunandır. )
___________________________________________________
___________________________________________________

NƏQLİYYAT:
- Rahat avtobus. (Mersedes Sprinter , Mitsubishi və s.)

 

Xüsusiyyətlər
1 nəfərlik
12 saat
İzləyici gətirmək olmaz
Havadan asılıdır
16+
İl boyu
30.06.2019
09:00-21:00
Hər kəsə olar
5 Mövsüm
Ünvan Azerbaijan Baku
Telefon +994 55 277 96 59
İş saatları 09:00-21:00

Rəylər

4.9 Reytinq 1 rəyə əsasən
1 ulduz
2 ulduz
3 ulduz
4 ulduz
5 ulduz

Rəy yaz

Daxil ol

və ya
Siz hələ də qeydiyyatdan keçməmisiniz ? Qeydiyyatdan keç

Şifrənin bərpası ilə bağlı məlumat daxil etdiyiniz e-poçt ünvanına göndəriləcək