Uşaqlar üçün kikboks məşqləri hədiyyə edin
Uşaqlar üçün kikboks məşqləri hədiyyə edin
Məkan
Təlimlər əlbəyaxa döyüş idman ustaları, bir çox beynəlxalq kickboks yarışlarının iştirakçıları və qalibləri tərəfindən keçirilir. Müəllimlər hər bir tələbənin xüsusiyyətlərini nəzərə alaraq bir kurs proqramı hazırlayırlar. Məşqlər lazımi avadanlıqlarla təchiz olunmuş zalda aparılır. Zalın rəhbəbi hamımızın "Cobra Pərviz" ləqəbi ilə tanıdığımız məhşur kikboksçudur.
Təəssurat haqqında
Məşqlər 15 dəqiqəlik isinmə hərəkətləri ilə başlayır. Bundan sonra əl və ayaq zərbələrinin texnikası oyrədilir. Uşaqlar məşqləri cütlüklərə bölünərək edirlər. Döyüş texnikasını tam mənimsəmiş uşaqlar üçün təlim döyüşləri, həftə sonları isa tam real sparinqlər keçirilir.
Məşqlərə yazılmaq üçün lazım olan sənədlər:
sağlamlıq haqqında arayış, şəxsiyyət vəsiqəsinin surəti, doğum haqqında şəhadətnamə və 2 ədəd 3x4 şəkil tələb olunur.
Xüsusiyyətlər
Qalereya
Cobra kikboksing klubu
Ünvan | Xətai rayonu, Əhmədli qəs, neapol 27 |
Telefon | +994(055) 603 45 45 |
İş saatları | 18:30-20:00 |