Master Klass - Windsurfing
Master Klass - Windsurfing
Məkan
Windsurfing klubu Azərbaycanda 2016-ci ildən fəaliyyətə başlayıb. Windsurfing əsas bord və yelkəndən ibarətdir.Klub olaraq bizim əsas məqsədimiz Azərbaycanda bu idman növünə insanları cəlb etməkdir. Hal-hazırda 300-ə yaxın aktiv həyat tərzi sürən insan Windsurfinglə məşğuldur. Klubda eyni zamanda yeni başlayanlar üçün master-klasslar keçirilir. Dərslər iyun ayının 1 tarixindən, sentyabr ayının 15 tarixinə kimi həftənin bütün günləri keçirilir
Təəssurat haqqında
Siz burada Master-klass zamanı bord və yelkən haqqında ətraflı məlumat əldə edirsiniz. Yelkəni və küləyi hiss etmək üçün praktiki dərslər keçirsiz. Sizin üçün bu prosedurları praktiki tətbiq etmək çox əsasdır. Əlavə olaraq 1 saat suda bordun üzərində durmaq və yelkəni qaldırmaq kimi praktiki biliklər öyrənmiş olacaqsınız.
Məlumat üçün qeyd edək ki, təhlükəsizliyiniz üçün hər bir kurs keçən şəxs qoruyucu jiletlə təmin olunur və dənizdə kater vasitəsi daim müşaiət aparılır.
Windsurfinglə məşğul olmaq üçün üzməyi bacarmaq vacib deyil!
Xüsusiyyətlər
Qalereya
Windsurfing Baku
Ünvan | Azerbaijan Baku |
Telefon | +994 50 414 04 11 |
İş saatları | 10:00-18:00 |