Mən hədiyyə edirəm

a. Saytda elektron sertifikat sifariş edib, ödəniş etdikdən sonra 5 dəqiqə ərzində əldə edə bilərsiniz.
b. Bizim ofisimizə gələrək, hədiyyənizi seçib ödəniş etdikdən sonra almaq mümkündür.
c. O cümlədən kuryerlə çatdırılma sifariş edə bilərsiniz.Bakı şəhərində standart və ekspress çatdırılma mümkündür.
d. Digər şəhərlərə isə çatdırma, ödəniş edildikdən sonra növbəti gün poçtla (Azərpoçt) göndərilir.

Bəli, ödənişi onlayn olaraq plastik kart vasitəsilə edə bilərsiniz.

a. Birinci üsul - Müəyyən bir tarixdə və saatda çatdırılma ilə elektron sertifikat sifariş etməkdir.
b. İkinci üsul - "Azərpoçt" poçt xidməti vasitəsilə alıcıya birbaşa göndərməkdir.

Bizə elə gəlir ki, müəyyən bir nominalda həddiyə sertifikatı gözlənilən WOW effektini verməyəcək. Ona görə də biz belə sertifikatlar təklif etmirik. Amma çıxış yolu var:
a. Səbətə müəəyən qiymət kateqoriyasına uyğun hədiyyələr əlavə edin və sifarişi rəsmiləşdirin.
b. Hədiyyəni təqdim etdiyiniz şəxs yalnız hədiyyə olaraq əlavə etdiklərinizdən deyil, saytdakı bütün seçimlərdən təəssürat seçə biləcək.

Əldə olunmuş hədiyyəni web səhifəmizdə göstərilən tarixə qədər istifadə edə bilərsiniz.

Mövsümin sonuna qədər təəssürat hədiyyədən istifadə edilməzsə, bir istisna olaraq sertifikatın müddətini növbəti mövsümə qədər uzatmaq olar. Təəssüf ki, təəssüratın qiyməti dəyişərsə, əlavə ödəniş etməli olacaqsınız.

Ödənişin geri qaytarılması yalnız hədiyyəni alan şəxsə, aldığı tarixdən 14 gün müddətində qaytarılır. Alıcının şəxsiyyətini təsdiq edən sənədin surəti və sertifakın arxa barkod olan hissəsinin fotoşəklini [email protected] elektron məktubla göndərməlisiniz.

Mənə hədiyyə ediblər

Həddiyyə sertifikatının nominal qiymətini dəqiqləşdirmək üçün bizə zəng edin və ya yazın.
Həmin qiymətə uyğun digər bir seçim edin və bizə istifadə edəcəyiniz tarix barədə məlumat verin.

Gedəcəyiniz vaxtı mümkün qədər əvvəlcədən xəbər etməlisiniz. Bəzi təəssurat hədiyyələr çox populyardır və onlara rezervasiya qrafiki bir həftə əvvəlcədən yazılır. Bundan başqa bəzi təəssüratlar əlavə icazələr, hava şəraiti və bu kimi amillərdən çox asılıdır.

Sizin rahatlığınız üçün hədiyyədən istifadə vaxtını yalnız bizim xidmət vasitəsilə müəyyənləşdirə bilərsiniz. Əgər siz tarixi və vaxtı əvvəlcədən müəyyənləşdirmədən getsəniz çox təəssüf ki, sizə sertifikat əsasında xidmət göstərə bilməyəcəklər və siz yalnız vaxtınızı itirmiş olacaqsınız.

Rezervasiya ərizəsi təqdim olunduqdan sonra ən gec 3 iş günü ərzində təsdiq və təəssüratın detalları əks olunmuş elektron məktub alacaqsınız.

Bəli, əlbəttə dəyişdirə bilərsiniz. Lakin ən azı 24 saat əvvəlcədən bizi xəbərdar etməyiniz xahiş olunur. Əgər bizi gələ bilməyəcəyiniz barədə 24 saat əvvəl xəbərdar etməsəniz və müəyyən olunmuş vaxtda həmin yerdə olmasanız, sertifikat istifadə olunmuş hesab olunacaq.
Əgər təəssürat açıq hava şəraitində keçirilirsə və həmin gün hava şəraiti uyğun deyilsə, siz həmin gün bizə xəbər edərək vaxtı asanlıqla dəyişdirə bilərsiniz.

İstifadə məkanını siz seçirsiniz xüsusi hallarda bizimlə və ya məkanın özü ilə danışıq apara bilərsiniz.

Bu yalnız iki halda baş verə bilər:
a) hədiyyə mövsümlə bağlı aktiv deyil
b) bu və ya digər səbəblərdən biz partnyorla muqaviləyə xitam vermişik.
Hər halda, sertifikatın nominal dəyərində alternativ təəssürat təqdim edəcəyik. Siz sertifikatı bir neçə təəssürata bölə və ya əlavə ödəniş edərək daha bahalı bir xidmət seçə bilərsiniz.

Mövsümün sonuna qədər təəssürat hədiyyədən istifadə etmək üçün vaxtınız yoxdursa, istisna olaraq sertifikatızı növbəti mövsümə qədər uzatmaq olar. Təəssüf ki, təəssüratın qiyməti dəyişərsə, əlavə ödəniş etməli olacaqsınız.

Bizə zəng edin və sertifikat nömrəsini bildirin – biz sizi məlumatlandırarıq.

Balans 15 ₼-dan çoxdursa, qalan məbləğin məzmununda təəssürat seçə bilərsiniz. Balans 15 ₼-dan az olduqda, təəssüratın dəyərinə uyğun əlavə ödəniş edərək onu ziyarət edə bilərsiniz.

Sizin üçün birlikde vaxt rezerv etməyə çalışarıq. İki sertifikat üçün təəssürat sifariş edərkən, bu istək barədə bizə məlumat verin və dostunuzun sertifikat nömrəsini qeyd edin.

Əgət sertifikat sizin adınıza artıq aktivləşdirilmişdirsə, biz köhnəni bloklaya və elektron formada yeni bir sertifikat yarada bilərik. Amma sertifikat hələ aktivləşdirilmədiyi halda, hədiyyə almış Şəxs, fırıldaqçılıq ehtimalını istisna etmək üçün bizə müraciət etməlidir.

Bəli, başqa bir şəxs təəssüratını ziyarət edə bilər. Bizə zəng edin sertifikat nömrəsini, öz ad, familiyanızı və hədiyyəni alacaq Şəxsin əlaqə məlumatlarını bildirin.Təəssüf ki, təəssürat üçün yeni bir qutu və ya plastik sertifikat kartı təqdim edə bilməyəcəyik.

Daxil ol

və ya
Siz hələ də qeydiyyatdan keçməmisiniz ? Qeydiyyatdan keç

Şifrənin bərpası ilə bağlı məlumat daxil etdiyiniz e-poçt ünvanına göndəriləcək