Ekskursiya

Yürüş-Dilman Şəlaləsi 30 - 180 M

Yürüş-Dilman Şəlaləsi

Dilman kəndi Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sülh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycanın Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır.

Yürüş - Nabran 27 - 162 M

Yürüş - Nabran

Nabran Azərbaycanın Xaçmaz rayonunda, Rusiya-Azərbaycan sərhədinin yaxınlığında yerləşən, məşhur kurort və istirahət mərkəzidir. Əhalisi 1,313 nəfərdir. İstirahət mərkəzi Nabran, Dalğalı, Turist, Meşəli, Günəşli, Samurçay və Şimal kəndlərindən ibarətdir.

Yürüş - İvanovka – Aşıqbayram Gölü 25 - 150 M

Yürüş - İvanovka – Aşıqbayram Gölü

İvanovka kəndinin əsası 1847-ci ildə qoyulub. İlk sakinləri molokanlar olub. Onlar xaçpərəst olmadıqları üçün, xaça inanmadıqları üçün onları Qafqaza sürgün etmişdilər.

Yürüş - Xanagah və Girdah 30 - 180 M

Yürüş - Xanagah və Girdah

Girdah (Gürdəh) kəndi Quba rayonunun Çağacuqçay hövzəsinin yuxarı axınında Gəllah dağının ətəyində meşəlik ərazidə yerləşir. Qubanın ən füsunkar kəndlərindən sayılır. Rayon mərkəzindən təxminən 30 km aralıda yerləşir.

Yürüş - Qrız Şəlaləsi 49 - 294 M

Yürüş - Qrız Şəlaləsi

Qrız kəndində yaşayan qrızlılar və onların danışdığı Qrız dili qədim albanlardan yadigardır. Qrız dili Nax-Dağıstan dil ailəsinin Şahdağ yarımqrupuna aid olub qədim Albaniyada danışılan və günümüzə qədər gəlib çıxan ən zəngin dillərdən biridir.

Yürüş - Qaranohur Gölü 28 - 168 M

Yürüş - Qaranohur Gölü

Qaranohur, İsmayıllı rayonu ərazisində dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdə yerləşən dağ gölüdür. Olduqca füsunkar gözəlliyə malik olub meşəliklə əhatələnmişdir. Payız fəslində isə göl və ətraf meşəlik təmamilə fərqli, rəngarəng dona bürünür.

Yürüş - Laza Şəlaləsi 34 - 204 M

Yürüş - Laza Şəlaləsi

Laza kəndi şəlalələri ilə məşhurdur. Demək olar ki, kəndin dörd bir tərəfində şəlalə var. Biz bu şəlalələrə yürüş (hiking) edəcəyik. Qızılqayadan axan şəlalənin yuxarısına çıxaraq Şahdağ və Qızılqaya massivlərinin gözəl mənzərələrini seyr edəcəyik.

Yürüş - Kələxana Türbələri 25 - 150 M

Yürüş - Kələxana Türbələri

17-ci əsrə aid olan Kələxana türbələri Şamaxı rayonunun eyniadlı kəndinin yaxınlığında yerləşir. Türbələr 8 guşəli olub, yuxarıdan şiş formalı günbəzlə örtülmüşdür.

Yürüş - Çıraqqala 29 - 174 M

Yürüş - Çıraqqala

Çıraqqala haqqındakı tarixi məlumatı qalada olduğumuz zaman birbaşa tarix müəllimindən eşidəcəksiz. Qalanın yerləşdiyi ərazi və oradan açılan mənzərə çox füsunkardır.

Yürüş - Əmbil Gölü 27 - 162 M

Yürüş - Əmbil Gölü

Əmbil Gölü Şabran (Dəvəçi) rayonunda, Zeyvə kəndinə 5 km məsafədə, dəniz səviyyəsindən təxminən 1000 metr yüksəklikdə sıx meşəlik sahənin əhatə etdiyi dağlıq ərazidə yerləşir.

Yürüş - Sirli Qobustan 26 - 156 M

Yürüş - Sirli Qobustan

Qobustan ölkəmizin ən qədim yerlərindən biridir. Bu torpaqlar tarixin bir çox sirlərini özündə gizlədir və qoruyur. Siz də qayaların və "Torağay" vulkanının sirrini öyrənmək istəyirsinizsə bizə qoşulun.

Zooland Zoo 16 - 60 M

Zooland Zoo

Hər şey zooparka səyahətdən başlayır. Burada uşaqlar heyvanların qəfəsinə girə bilir və onları sığallamaq imkanı əldə edir. Heyvan baxıcısı buranın sakinləri barədə ətraflı məlumat verir və onlarla davranış qaydalarını izah edir.

Daxil ol

və ya
Siz hələ də qeydiyyatdan keçməmisiniz ? Qeydiyyatdan keç

Şifrənin bərpası ilə bağlı məlumat daxil etdiyiniz e-poçt ünvanına göndəriləcək